Press "Enter" to skip to content

Əlilliyi olan şəxslərin hüquqları üzrə iclas

Əlilliyi olan şəxslərin hüquqları üzrə iclas

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil olan qurumların əməkdaşlarından ibarət olan və əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı yaradılan Komissiyanın onlayn formatda iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Sosial Xidmətlər Agentliyinin (SXA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Komissiyanın sədri, Nazirliyin tabeliyində SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Nazirliyin 25.08.2026-cı il tarixli əmri ilə Komissiyanın tərkibinə SXA-nın əməkdaşları da daxil edilib. Qeyd olunub ki, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə 2026-cı il üçün nəzərdə tutulan Tədbirlər Planı təsdiq edilib və Komissiyanın iclasında həmin Tədbirlər Planından irəli gələn məsələlərə dair İş Planı hazırlanıb. İş Planına uyğun olaraq hazırki dövr üçün əlilliyi olan şəxslər arasında onlayn sorğunun keçirilməsi, vizual monitorinqlərin həyata keçiriləcəyi şəhər və rayonların, eləcə də obyektlərin müəyyən edilməsi, monitorinq qruplarının formalaşdırılması və digər mühüm məsələlərin icrası nəzərdə tutulub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.