Press "Enter" to skip to content

Məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib

Məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib

BAYRAQDAR MEDİA – Yeni tədris ilinin başlanması ərəfəsində BDYPİ-nin “Siqnal” İdarəsi regionlarda fəaliyyətini gücləndirib. Əsasən avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəblilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə bildirilir ki, “İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq manitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb. “Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetafor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.