Press "Enter" to skip to content

Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq imkanı

Qarabağ və Şərqi Zəngəzurda incəsənət təhsili almaq imkanı

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin təşkili və uşaqların incəsənət təhsilinə əlçatanlığının təmin edilməsi məqsədilə qəbul üçün elektron müraciət imkanı yaradılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Xankəndi şəhərində, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan rayonlarında incəsənət təhsili almaq istəyən şəxslər elektron müraciət edə bilərlər. Müxtəlif incəsənət istiqamətləri üzrə təhsil almaq istəyən şəxslər MyCulture vahid şəxsi kabineti üzərindən müraciətlərini təqdim edə bilərlər. Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil ediləcək. Formalaşan tələbat nəzərə alınmaqla tədrisin təşkili, müvafiq ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı istiqamətində zəruri tədbirlər görüləcək”.

Bu məqsədlə MyCulture platformasında işğaldan azad edilmiş ərazilər üzrə xüsusi müraciət bölməsi aktivləşdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.