Press "Enter" to skip to content

Təlim: “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı”

Təlim: “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı”

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlimin keçirilməsində məqsəd xilasetmə işinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı “deformasiyaya” uğramış avtomobildən “zərərçəkmiş” xilas edilərək “təxirəsalınmaz ilkin yardım” göstərilib”.

Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.