KKTC-də seçki sistemində köklü dəyişiklik
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Cümhuriyyət Məclisi illərdir müzakirə olunan seçki sistemində mühüm dəyişiklik edib. Seçki və Referendum (Dəyişiklik) Qanun Təklifi Məclisin Baş Assambleyasında səs çoxluğu ilə qəbul olunub.
Bu barədə KKTC parlamentinin məlumatında qeyd edilib.
Bildirilib ki, yeni tənzimləmə ilə seçiciyə eyni seçkidə müxtəlif siyasi partiyaların namizədlərinə səs vermək imkanı verən qarışıq səsvermə sistemi ləğv edilib. Bununla belə, seçicinin səs verdiyi partiyanın namizədləri arasında seçim etmək hüququ qorunub.
Tək bölgə seçki sistemi, yəni çarşaf siyahı tətbiqi və partiyadaxili seçim mexanizmi qüvvədə qalacaq. Beləliklə, seçici artıq eyni səsvermə bülletenində müxtəlif partiyaların namizədlərini seçə bilməyəcək, lakin üstünlük verdiyi partiyanın namizədləri arasında seçim etmək imkanını saxlayacaq.
Beləliklə, KKTC-də illərdir ən çox müzakirə olunan seçki mexanizmlərindən biri olan qarışıq səsvermə sistemi ləğv edilib və seçki sistemində yeni mərhələ başlayıb.






İlk şərhi yaza bilərsiniz