BAYRAQDAR MEDİA – Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal və idarə heyətinin üzvləri Ayşe Gölçek, Ali Şıktaş və Töbet Turan Azərbaycanın Kars Başkonsulluğuna təyin olunan Qoşqar Zeynalovu ziyarət ediblər.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağın yenidən qurulması və iki ölkə arasında həmrəylik məsələləri müzakirə olunub: “Dərnəyin fəaliyyəti barədə məlumat verən Serdar Ünsal erməni diasporunun əsassız iddialarına qarşı mətbuat və ictimaiyyətlə əlaqələr istiqamətində mübarizə apardıqlarını bildirib. S.Ünsal Türkiyə və Azərbaycanın səsi olmağa, Qarabağ davasını müdafiə etməyə davam edəcəklərini vurğulayıb”.
Baş konsul Qoşqar Zeynalov isə səfərdən məmnunluğunu ifadə edərək Qarabağ Zəfərinin birlik və həmrəyliyin nəticəsi olduğunu bildirib. O, 44 gün davam edən müharibə zamanı Türk millətinin və Iğdır Azərbaycan Evi Dərnəyinin göstərdiyi güclü dəstəyə görə nümayəndə heyətinə təşəkkür edib.
Səfərin sonunda Serdar Ünsal erməni vəhşiliklərindən bəhs edən “Yüreğim İrevan’da Kaldı” və “Soykırım” kitablarını Baş konsula hədiyyə edib.






İlk şərhi yaza bilərsiniz