BAYRAQDAR MEDİA – KKTC Baş naziri Ünal Üstelin kabinetdə etdiyi dəyişikliklərlə bağlı qərarlar Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.
Qərara əsasən, İqtisadiyyat və Enerji naziri Olgun Amcaoğlu vəzifədən azad edilib, onun yerinə Ulusal Birlik Partiyasının (UBP) Lefkoşa millət vəkili Hasan Taçoy təyin olunub. Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklının yerinə isə UBP Lefkoşa millət vəkili Faiz Sucuoğlu gətirilib.
Bu barədə KKTC Nazirlər Kabinetinin məlumatında qeyd edilib.
Bildirilib ki, Faiz Sucuoğlu 1961-ci ildə Bafın Poli qəsəbəsində anadan olub. UBP Lefkoşa millət vəkili olan Sucuoğlu müxtəlif dövrlərdə Turizm, Səhiyyə, Əmək və Sosial Təminat naziri vəzifələrində çalışıb. 2021-ci ildə UBP sədri seçilib, daha sonra iki ayrı hökumətdə baş nazir vəzifəsini icra edib. Hazırda millət vəkili kimi fəaliyyət göstərir.
Hasan Taçoy 1963-cü ildə Lefkoşada anadan olub. UBP-nin Lefkoşa millət vəkili olan Taçoy müxtəlif illərdə Bayındırlıq və Nəqliyyat, İqtisadiyyat və Enerji, Xarici İşlər, Əmək və Sosial Təminat naziri vəzifələrində çalışıb. Hazırda millət vəkili kimi fəaliyyətini davam etdirir.






İlk şərhi yaza bilərsiniz