BAYRAQDAR MEDİA – Sentyabrın 15-də Bakıda Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclas keçiriləcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirin təşkilində məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) oktyabr ayında Ankarada keçiriləcək 13-cü Dövlət Başkanları Zirvəsi ərəfəsində TDT-nin regional və qlobal miqyasda görünürlüyünü artırmaqdır.
Panel iclasda təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm, texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə ediləcək.






İlk şərhi yaza bilərsiniz