Press "Enter" to skip to content

Hikmət Hacıyev Türkiyədən olan heyəti qəbul edib

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının başqan yardımçısı, professor doktor Ferhat Pirinççi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər dəyişən qlobal informasiya mühiti, dezinformasiyaya qarşı mübarizə, ictimai diplomatiya və iki ölkənin ortaq mövqelərinin beynəlxalq ictimaiyyətə daha effektiv çatdırılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Güney Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasında strateji kommunikasiyanın rolu, həmçinin regional əməkdaşlığın inkişafı məsələləri də diqqət mərkəzində olub.

Görüş əsnasında “Bir millət, iki dövlət” prinsipi və Şuşa Bəyannaməsi ilə təsbit olunan müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.

Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı, professor doktor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti də görüş zamanı çatdırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.