Press "Enter" to skip to content

“Şəhərsalma və Memarlıq İli” nə MEK-dən növbəti töhfə

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycanda memarlıq və şəhərsalma” adlı biblioqrafiya işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən hazırlanan biblioqrafiyaya Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezidentin Sərəncamı daxil edilib. Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Tərtibçi Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə MEK-in Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır”.

Daha sonra xəbərdə, ““Şəhərsalma və Memarlıq İli”nin nəşri olan biblioqrafiyada ədəbiyyat xronoloji ardıcıllıqla və əlifba prinsipi əsasında təqdim edilib. Tədqiqatçıların mövzü üzrə axtarışını asanlaşdırmaq məqsədilə kitabın sonunda köməkçi göstərici verilib. Azərbaycan, ingilis və rus dillərində monoqrafiya, dərslik, dissertasiya, avtoreferat, dövri mətbuatda və məcmuələrdə çap olunmuş məqalələrin biblioqrafiyasının yer aldığı nəşr “Elm” nəşriyyatında çap edilib. Biblioqrafiyadan memarlıq və şəhərsalma üzrə tədqiqat aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də tarix, mədəni irs və memarlıqla maraqlanan oxucular faydalana bilərlər” deyə bildirilir.

Nəşrin elektron formatı ilə kitabxananın saytının Elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.