Press "Enter" to skip to content

Denizlinin məşhur pidesi “MasterChef Türkiye”də

BAYRAQDAR MEDİA – Denizlinin Tavas rayonuna məxsus ənənəvi ləzzətlərdən biri olan Tavas tahinli pidesi məşhur “MasterChef Türkiye” kulinariya proqramında təqdim olunub.

Bu barədə denizlikenthaber.com saytı məlumat yayıb.

Bildirilib ki, Tavas Bələdiyyə sədri Kadir Tatık bu görüntülərin yerli mətbəx mədəniyyətinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

Yarışmada iştirak edən Armağan və Burçinin hazırladığı Tavas tahinli pidesi milli televiziya ekranlarında tamaşaçılara təqdim olunub. Bələdiyyə sədri bunun Tavasın zəngin mətbəx mədəniyyətinin Türkiyəyə tanıdılması baxımından mühüm addım olduğunu qeyd edib.

Tavasın ənənəvi ləzzəti həm münsiflərin, həm də tamaşaçıların diqqətini çəkib. Pidenin milli ekranlarda təqdim olunmasının bölgənin qastronomiya turizminə də töhfə verdiyi bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.