Press "Enter" to skip to content

EMTA və Xalq Bank arasında əməkdaşlıq

EMTA və Xalq Bank arasında əməkdaşlıq

BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Xalq Bank arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Xalq Bankın İdarə Heyətinin sədri Kamran Məcidov imzalayıblar. Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər”.

Daha sonra xəbərdə, “tədbir zamanı S.Axundov Fondun fəaliyyəti və enerji səmərəliliyinin təşviqi istiqamətində atılan addımlar barədə məlumat verib. O qeyd edib ki, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə Fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatı vasitəsilə güzəştli kreditlər verilməsi istiqamətində indiyədək ölkənin on üç aparıcı bankı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. S.Axundov Xalq Bank ilə əməkdaşlığın da sözügedən sahədə uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. K.Məcidov enerji effektivliyinin təşviqinin dayanıqlı inkişaf baxımından əhəmiyyətindən və Bankın fondlarla iş təcrübəsindən danışıb. O həmçinin imzalanan müqavilənin enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacağını, həm də tərəflər arasında uzunmüddətli əməkdaşlığın inkişafını dəstəkləyəcəyini bildirib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.