Press "Enter" to skip to content

KKTC-dən anlamlı təbrik

Okyay Sadıkoğlu: Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü mübarək olsun

BAYRAQDAR MEDİA – “Bu gün qardaş Azərbaycanın paytaxtı Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümünü böyük qürur və ehtiramla yad edirik”.

Bunu qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyətindən Kuzey Kıbrıs Tanıtma Platformasının bşaqanı Okyay Sadıkoğlu öz təbrik mesajında qeyd edib.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, O.Sadıkoğlu təbrik mesajında həmçinin bildirib ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan Korpusunun da tərkibində olduğu Qafqaz İslam Ordusunun böyük fədakarlıqlar bahasına qazandığı tarixi zəfər yalnız Bakının azad edilməsi deyil, eyni zamanda Azərbaycanın müstəqillik və dövlətçilik mübarizəsinin ən mühüm dönüş nöqtələrindən biri olub: “Anadolu türkü ilə Azərbaycan türklərinin çiyin-çiyinə verdiyi bu müqəddəs mübarizə Türk millətinin ortaq tarixinin, qardaşlığının və həmrəyliyinin ən güclü rəmzlərindən biridir. Bu gün Türkiyə Respublikası, Azərbaycan Respublikası və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı tarixi və mənəvi bağların “Bir millət, üç dövlət” anlayışı əsasında daha da güclənməsini; turizmdən ticarətə, mədəniyyətdən təhsilə qədər bütün sahələrdə qardaşlığımızın gələcəyə daşınmasını arzulayıram. Kuzey Kıbrıs türkləri olaraq biz də Azərbaycanın sevincini sevincimiz, qürurunu qürurumuz hesab edir, Türk dünyasının birlik və həmrəyliyinin daha da güclənməsini ürəkdən arzulayırıq. Bu əlamətdar ildönümündə Bakının azadlığı uğrunda canlarından keçən Qafqaz İslam Ordusunun və Azərbaycanın bütün qəhrəmanlarını rəhmət, minnətdarlıq və dərin ehtiramla yad edirəm”.

“Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü mübarək olsun. Bir millət, üç dövlət. Birliyimiz, qardaşlığımız və mənəvi bağlarımız daim olsun”, – deyə mesajda sonda bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.