CASCFEN-in “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində ilk televiziya verilişində Türk dünyasının vahid televiziyasının yaradılması təklifi gündəmə gətirilib
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində ilk internet televiziya verilişi hazırlanıb.
Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Türk dünyasında media və informasiya təhlükəsizliyi – vahid media platforması və media əməkdaşlığının inteqrasiyada rolu” mövzusuna həsr olunan verilişə layihə rəhbəri, CASCFEN sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nadir Azəri aparıcılıq edib. Verilişin studiya qonağı Kuzey Kıbrıs Türk Cümhuriyyətindən olan jurnalist Serdar Şengül, Daşkənddən onlayn şəkildə qoşulan qonaq isə Özbəkistan Milli Teleradio Şirkətinin əməkdaşı Dildora Abdullayeva olub.
Verilişin əvvəlində bildirilib ki, CASCFEN-in fəaliyyətinin əsas istiqamətlərindən biri Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi, xüsusilə Orta Asiya ilə Güney Qafqaz arasında əlaqələrin daha da möhkəmləndirilməsidir. Bu məqsədlə təşkilat tərəfindən son illərdə Türk dünyasına həsr olunan müxtəlif layihələr həyata keçirilib.
Bildirilib ki, ilk verilişdə isə Türk dünyasının gələcək inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyan media və informasiya təhlükəsizliyi, vahid media platformasının yaradılması və media əməkdaşlığının rolu müzakirə olunub.
İlk sual Serdar Şengülə ünvanlanaraq Türk dünyasının birliyinin qorunması və gücləndirilməsi istiqamətində media və qeyri-hökumət təşkilatlarının hansı addımları atmalı olduğu soruşulub. Eyni sualı Dildora Abdullayevaya da cavablandırmaq təklif olunub və Özbəkistan mediasının bu prosesdəki rolu müzakirə edilib.
Verilişin ikinci hissəsində Türk dünyasının ortaq dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılmasında medianın rolu ön plana çıxarılıb. Serdar Şengüldən KKTC timsalında, Dildora Abdullayevadan isə Özbəkistan nümunəsində görülən işlər barədə fikirlər alınıb.
Verilişin üçüncü əsas mövzusunu çərçivəsində Türk dünyasının vahid televiziyasının yaradılması təklifi gündəmə gətirilib.
Beləliklə, verilişdə Türk dünyasının vahid informasiya məkanının formalaşdırılması, media əməkdaşlığının genişləndirilməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, həmçinin vahid Türk televiziya platformasının yaradılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.










İlk şərhi yaza bilərsiniz