Press "Enter" to skip to content

Türk dünyasının gələcəyi daha sıx birlikdən keçir

Tədbir zamanı

Bakıda “Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” adlı panel keçirilib

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının təşkilatçılığı ilə Bakıda “Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” adlı panel keçirilib.

Əvvəlcə Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı, Prof. Dr. Burhanəddin Duran video mesaj vasitəsilə panel iştirakçılarını salamlayıb, Türk dünyasının birlik və bərabərliyi istiqamətində atılan addımlar, görülən işlərdən danışıb, Türk Dövlətləri Təşkilatının bu prosesdə oynadığı rola toxunub.

Panelə Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının Daşkənddəki İletişim müşaviri, Prof. Dr. Mehmet Yüce moderatorluq edib. Paneldə Türkiyə Prezidentinin müşaviri Seyit Sertçelik, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fariz İsmayılzadə, Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri Esma Özdaşlı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov çıxış edərək Türk dünyasının birliyi, inteqrasiya prosesinin sürətləndirilməsi məqsədilə görülməsi vacib olan işlərdən danışıblar.

Qeyd edilib ki, panel Türk Dövlətləri Təşkilatının regional və qlobal gücünü artırmaq, türk dünyasının ortaq vizyonunu daha geniş auditoriyaya çatdırmaq və üzv dövlətlər arasında akademik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır. Paneldə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət daxil olmaqla bir çox sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bildirilib ki, paneldə müzakirə edilən məsələlər bu ilin oktyabr ayında Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşünə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, bundan əvvəl eyni mövzuda panel toplantı Qazaxıstanın Astana şəhərində keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.