BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyevlə çox önəmli görüşümüz oldu”.
Bunu Türkiyə Cümhurbaşqanlığı İletiş Başqanlığının başqan yardımçısı Prof. Dr. Ferhat Pirinççi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, görüşdə iki ölkə münasibətləri ilə yanaşı, türk dünyasında media sahəsində əməkdaşlığın necə inkişaf etdirilə biləcəyi müzakirə edilib: “Gördük ki, o da eyni şəkildə türk dünyasındakı əməkdaşlığın, kommunikasiya sahəsində əməkdaşlığın, media və dezinformasiya ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsi məsələsində bizimlə eyni fikirləri bölüşür. Bu səbəbdən bundan sonra da həm ikitərəfli münasibətlərimizin, həm də Türk dünyasındakı əlaqələrimizin inkişaf etdirilməsi üçün intensiv şəkildə səylər göstərəcəyik”.






İlk şərhi yaza bilərsiniz