Press "Enter" to skip to content

Ferhat Pirinççi: Bu, TDT-nin 13-cü Zirvə görüşünə hazırlıq məqsədi daşıyır

Ferhat Pirinççi

BAYRAQDAR MEDİA – “Bakıda bir daha Azərbaycanın həm Milli Məclis, həm media, həm akademik dairələri tərəfindən Türk Dövlətləri Təşkilatına, Türk dünyası ideyasına çox böyük maraq olduğunu gördük. Bu çərçivədə münasibətlərin inkişaf etdirilməsi üçün hər səviyyədə lazımi səyləri göstərilir”.

Bunu Türkiyə Cümhurbaşqanlığı İletiş Başqanlığının başqan yardımçısı Prof. Dr. Ferhat Pirinççi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qeyd edilib ki, Bakıda keçirilən tədbir oktyabrda Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə hazırlıq məqsədi daşıyır: “Bununla bağlı ötən həftə Qazaxıstanda müzakirələr aparılıb. Bu tədbirlər vasitəsilə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə daha güclü fikir və ideya bazasının formalaşmasına, dialoqun inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə nail olmağı qarşıya məqsəd qoymuşuq. Panel iştirakçıları çıxışlarında çox mühüm məqamlara toxundular və fikirlərini ifadə etdilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.