BAYRAQDAR MEDİA – Kıbrıs Amerikan Universitetinin (KAÜ) Moda Tasarımı Bölümünün məzunu Thaad Jhonson Ibadin təsis etdiyi EHAJ markası ilə beynəlxalq moda dərgisi Arrant Magazineə müsahibə verib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, “Sculpting Identity: The New Voice of Contemporary Couture” başlığı ilə yayımlanan müsahibədə Ibadinin dizayn yolçuluğu, markalaşma prosesi, müasir kutür anlayışı və moda sənayesinin gələcəyi ilə bağlı fikirləri yer alıb. Mədəni irsi müasir estetika ilə birləşdirən gənc dizayner EHAJ markasının əsas dəyərlərini orijinallıq, özünəinam, yüksək sənətkarlıq və fərdilik kimi xarakterizə edib. O, moda dizaynının yalnız vizual ifadə vasitəsi olmadığını bildirərək, yaradıcılığı ilə insanlara özlərini sərbəst ifadə etmək və fərqliliklərini qəbul etmək cəsarəti qazandırmağı hədəflədiyini vurğulayıb.
KAÜ Moda Tasarımı Bölümünün müəllimi Neşe Sarı isə məzununun beynəlxalq uğurunun universitet üçün qürurverici olduğunu deyib. O, Ibadinin beynəlxalq platformada moda sənayesinə dair baxışlarını bölüşməsinin KAÜ-nün təhsil modelinin və akademik heyətinin uğurunu əks etdirdiyini bildirib.






İlk şərhi yaza bilərsiniz