BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının (TDT) çətiri altında keçiriləcək “2-ci Beynəlxalq Aparıcı Milli Analitik Mərkəzlər Konfransı”nda iştirak etmək üçün Azərbaycana gedirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında səfərdən öncə Kuzey Kıbrıs Tanıtma Platformasının başqanı Okyay Sadıkoğlu deyib.
O, qeyd edib ki, “Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə araşdırmalar vasitəsilə inkişaf etdirilməsini hədəfləyən bu mühüm konfransda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Türk dünyası daxilində strateji əhəmiyyətini, iqtisadi və turizm potensialını, eləcə də ölkəmizin təqdim etdiyi əməkdaşlıq imkanlarını anlatmaq fürsəti əldə edəcəyik. Kuzey Kıbrıs Tanıtma Platforması olaraq uzun müddətdir, başda Azərbaycan və Özbəkistan olmaqla, Türk dünyasının müxtəlif coğrafiyalarında keçirdiyimiz görüşlər və təmaslar vasitəsilə KKTC-nin tanınması və görünürlüğünün artırılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Turizmdən ticarətə, mədəniyyətdən təhsilə və vətəndaş cəmiyyəti əlaqələrinə qədər bütün sahələrdə Kuzey Kıbrıs ilə Türk dünyası arasındakı bağların daha da gücləndirilməsi ən mühüm hədəflərimizdən biridir”.
“Kuzey Kıbrıs Türk Cümhuriyyətinin səsini beynəlxalq platformalarda daha geniş şəkildə duyurmağa və ölkəmizi hər fürsətdə ən güclü formada tanıtmağa davam edəcəyik”, – deyə O.Sadıkoğlu sonda vurğulayıb.






İlk şərhi yaza bilərsiniz