Press "Enter" to skip to content

Xarici turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri

Səfərdən xatirə fotosu

BAYRAQDAR MEDİA – 7-14 sentyabr tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil edilib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, səfər müddətində Avropadan olan 20-yə yaxın turizm şirkətinin nümayəndəsi Azərbaycanın mövcud turizm imkanları ilə tanış olub, həmçinin Bakı, Şamaxı, Şəki və Qəbələ şəhərlərini ziyarət edib.
Səfər çərçivəsində xarici turizm sənayesinin təmsilçiləri ilə yerli turizm şirkətlərinin 60-dan çox nümayəndəsi arasında B2B formatında işgüzar görüş təşkil olunub.

Görüşdə yeni əməkdaşlıqların yaradılması və mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Polşadan ziyarətçi sayında 14,9%, Çexiyadan 0,2%, Macarıstandan isə 5,6% artım qeydə alınıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.