Press "Enter" to skip to content

“Şabanoğlu Şaban”ın davam filmi çəkilir

Filmdən foto

BAYRAQDAR MEDİA – Türk kinosunun klassik komediyalarından olan “Şabanoğlu Şaban” illər sonra yenidən ekranlara qayıdır.

Bu barədə manisahaber.com saytı məlumat verib.

Bildirilib ki, baş rollarında Kemal Sunal, Şener Şen və Halit Akçatepe kimi Yeşilçamın əfsanəvi aktyorlarının yer aldığı filmin davamı Polat Yağcı və Arzu Film rəhbəri Ferdi Eğilmezin əməkdaşlığı ilə hazırlanır. Filmin çəkilişlərinə ayın sonunda başlanılması planlaşdırılır.

Məlumata görə, yeni filmdə baş rolu Ali Sunal canlandıracaq. Rejissor kürsüsündə isə Can Ulkay əyləşəcək.
“Şabanoğlu Şaban”ın davamı olan filmdə ikinci nəsil Şabanın əyləncəli hekayəsindən bəhs ediləcək. Filmin aktyor heyətinin formalaşdırılması ilə bağlı görüşlər isə davam edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.