BAYRAQDAR MEDİA – Kosova Demokratik Türk Partiyasının (KDTP) sədri Fikrim Damka yeni formalaşdırılan Kosova hökumətində yenidən Baş nazirin müavini vəzifəsinə təyin edilib.
Bu barədə KDTP tərəfindən yayılan açıqlamada bildirilib. Qeyd olunub ki, Fikrim Damka yeni hökumət dönəmində də yüksək icra vəzifələrindən birini tutacaq.
Partiya Damkaya yeni vəzifəsində uğurlar arzulayıb. Açıqlamada onun yeni dönəmdə Kosovanın, xüsusilə də türk toplumunun, eləcə də ölkədə yaşayan bütün icmaların mənafeyi naminə fəaliyyət göstərməsi arzu edilib.
Beləliklə, yeni hökumətin formalaşması ilə Fikrim Damka Kosovada yüksək səviyyəli icra vəzifələrindən birini yenidən üzərinə götürüb.






İlk şərhi yaza bilərsiniz