BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel Van Jandarma Asayiş Korpus Komandanlığı vəzifəsinə təyin olunan Korgeneral Yusuf Kenan Topçunu ziyarət edib. Səmimi şəraitdə keçən görüşdə Prof. Dr. Gürel Korgeneral Topçuya yeni vəzifəsinin xeyirli olmasını arzulayıb və fəaliyyətində uğurlar diləyib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor bölgənin əmin-amanlığı və təhlükəsizliyi istiqamətində həyata keçirilən fəaliyyətlərdə universitet olaraq bütün institusional əməkdaşlığa açıq olduqlarını bildirib.
Korgeneral Yusuf Kenan Topçu isə səfərdən məmnunluğunu ifadə edərək xoş arzularına görə Prof. Dr. Ekrem Gürelə təşəkkür edib.
Görüş qarşılıqlı xoş arzuların bildirilməsi və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz