Press "Enter" to skip to content

947 müəllim üçün süni intellekt təlimi 

BAYRAQDAR MEDİA – KKTC Milli Təhsil Nazirliyi ilə Yaxın Doğu Universitetinin əməkdaşlığı çərçivəsində təşkil olunan “Süni İntellekt Savadlılığı” xidmətdaxili təlim proqramı başa çatıb. Təlimlərdə İbtidai Təhsil, Ümumi Orta Təhsil və Peşə-Texniki Təhsil idarələrinə bağlı dövlət məktəblərində çalışan müxtəlif ixtisaslardan 947 müəllim iştirak edib.

Yaxın Doğu Universitetinin kampusunda keçirilən təlimlər zamanı müəllimlərə süni intellektin əsas anlayışları, təhsildə tətbiq imkanları, müxtəlif süni intellekt alətlərinin dərs prosesinə inteqrasiyası, məzmun hazırlanması və dərs planlaşdırılması ilə bağlı nəzəri və praktiki biliklər verilib.

Proqram çərçivəsində müəllimlər süni intellekt alətlərini praktiki şəkildə sınaqdan keçirib, dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması və müxtəlif öyrənmə ehtiyaclarına uyğun məzmunların hazırlanması üzrə tətbiqi bacarıqlar əldə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.