BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin yanvar – sentyabr ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 26 milyon 453,1 min manat təşkil edib.






İlk şərhi yaza bilərsiniz