Press "Enter" to skip to content

Komandan Anadolu Universitetinə səfər edib

Anadolu Universitetinin önü

BAYRAQDAR MEDİA – Eskişehir Muharip Hava Qüvvələri komandanı, hava generalı Erdoğan Gür Anadolu Universitetinin rektoru professor Yusuf Adıgüzelə cavab səfəri edib. Rektorluqda keçirilən görüşdə universitetlə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələr, təhsil sahəsində həyata keçirilən işlər və qurumlararası əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, rektor Adıgüzel səfərə görə qonağa təşəkkür edib.

Görüş qarşılıqlı xoş arzuların bildirilməsi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.