BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibəti ilə tədbirlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər. Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub. Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub”.
Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz