Press "Enter" to skip to content

Nazir UNAOC rəhbərliyi ilə görüşüb

Nazir UNAOC rəhbərliyi ilə görüşüb

BAYRAQDAR MEDİA – Oktyabrın 26-da mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan nazir oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” kimi aktual mövzuya həsr olunduğunu bildirib. Qeyd edib ki, builki Forum qlobal platformanın 2011-ci ildə keçirilmiş ilk toplantısının 15 illiyinə təsadüf etməsi ilə də əlamətdardır. A.Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda dialoq məkanı kimi tanındığını və Azərbaycanın bu prosesə hər zaman sadiq qaldığını diqqətə çatdırıb”.

Daha sonra xəbərdə, “M.A.Moratinos və qurumun direktoru Nihal Saad görüşə görə təşəkkür ediblər. Qonaqlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoq platforması olan “Bakı Prosesi”nin əhəmiyyətinin ildən-ilə artdığını bildiriblər. Ali nümayəndə qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Görüşdə beynəlxalq düzənin bərpasında mədəniyyət diplomatiyasının rolu qeyd olunub və bu sahədə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.