Son yeniləmə: 1 Noyabr 2026
BAYRAQDAR MEDİA– Samsunun Ayvacık rayonunda yaşayan Sedat və Sunay Kocagülle Türkiyənin müxtəlif bölgələrindən topladıqları təbii daşları emal edərək zinət əşyalarına və bəzək məmulatlarına çevirirlər. Təxminən 15 ildir bu sahədə çalışan əmioğlular həm ölkənin təbii sərvətlərini iqtisadiyyata qazandırmağı, həm də ailə gəlirlərini artırmağı qarşılarına məqsəd qoyublar.
Bu barədə dunya.com saytı məlumat yayıb.
Bildirilib ki, 49 yaşlı Sedat Kocagülle və 47 yaşlı əmisi oğlu Sunay Türkiyənin sahillərindən dağlıq ərazilərinə qədər müxtəlif bölgələrdə daş axtarırlar. Onların son dayanacağı Ordunun Ünye rayonu olub. Burada topladıqları daşları emalatxanalarında emal edərək üzük, boyunbağı və müxtəlif aksesuarlar hazırlayırlar.
Sedat Kocagülle bildirib ki, Türkiyənin müxtəlif bölgələrindəki bəzək daşlarını mənbəyində araşdırır və iqtisadi dövriyyəyə cəlb edirlər. Onun sözlərinə görə, ölkədə xaricdən gətirilən daşlardan daha gözəl nümunələr mövcuddur. Sunay Kocagülle isə bu işə əvvəlcə hobbi kimi başladığını, son 3-4 ildə istehsalla məşğul olduğunu deyib. Onlar Muğla, Ordu, Eskişehir və Malatya da daxil olmaqla bir çox bölgədə daş axtarıblar.






İlk şərhi yaza bilərsiniz