Press "Enter" to skip to content

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

BAYRAQDAR MEDİA – 3-26 noyabr tarixində Oğuzda, Ağstafada, Şabranda, Astarada, Ucarda və Xırdalanda, 3-6 noyabr tarixində Xankəndidə, 3-13 noyabr tarixində Neftçalada, 12-26 noyabr tarixində Biləcəridə, 13-26 noyabr tarixində Ağdamda, 17-26 noyabr tarixində Hacıqabulda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ASAN xidmətin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır. Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir”.

Bildirək ki, Neftçalada fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.