BAYRAQDAR MEDİA – Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ACF-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutan imtahanda 78 cüdoçu iştirak edib. İdmançılar yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub”.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda, motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.






İlk şərhi yaza bilərsiniz