Press "Enter" to skip to content

“Kamança 20/20” tamaşasının məşqlərinə başlanılıb

“Kamança 20/20” tamaşasının məşqlərinə başlanılıb

BAYRAQDAR MEDİA – Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub

Xəbərdə qeyd olunur ki, “Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik edib, uğurlar arzulayıb. Tamaşada xalq artistləri Sabir Məmmədov, Kazım Abdullayev, əməkdar artistlər Gülşad Baxşıyeva, Elnar Qarayev, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Lalə Süleymanova, Səmayə Qulamzadə, Nəzrin Abdullayeva, Xədicə Novruzlu, Xədicə Bayramova, Elşən Əskərov, Elsevər Rəhimov, Vüsal Mustafayev, Elçin Nurəliyev, Kənan Hüseynov, Nihad Aslan, Əliulla Vəliyev, Rüfət Əhmədov, Muhuma Sahov, Əli Rasimoğlu və Rəvan Səmədov iştirak edirlər. Yeni səhnə əsərinin quruluşçu rejissor və səhnələşdirmə müəllifi Nihad Qulamzadə, quruluşçu rəssamı İ.Əsgərov, bəstəkarı Vüqar Babayev, qrafik həll Binyamin Sailov, işıq üzrə rəssamı Rafael Həsənov, dekor-konstruktoru Şakir Məmiyev, rejissor assistenti Fəridə Zülfüqarlıdır”.

Daha sonra xəbərdə, “tamaşa ölməz C.Məmmədquluzadənin eyniadlı pyesinin motivləri əsasında hazırlanmış müasir səhnə yozumudur. Tamaşa klassik mətnin ideya mahiyyətini qorumaqla yanaşı, onu XXI əsrin tarixi və mənəvi reallığı ilə üz-üzə gətirir. Səhnə əsərinin əsas fərqləndirici cəhəti müharibəni təkcə qəhrəmanlıq və ya məğlubiyyət prizmasından deyil, insan vicdanı, seçim azadlığı və mənəvi məsuliyyət kontekstində təqdim etməsidir. Bu yaddaş dramı 1920 və 2020-ci illərin Qarabağ müharibələrini paralel şəkildə birləşdirir” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.