Press "Enter" to skip to content

“Könüldən-könülə qardaşlıq nəğmələri

Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunmuş konsert keçiriləcək

BAYRAQDAR MEDİA – Dirijor Yıldırım Bekçinin rəhbərliyi altında London Türk Klassik Musiqisi Xoru 19 noyabr 2026-cı ildə Beynəlxalq Muğam Mərkəzində sənətsevərlərlə görüşəcək. Konsert Yunus Emre İnstitutu və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı Nümayəndəliyinin dəstəyi ilə reallaşacaq.

Bu barədə Yunus Emre İnstitutunun Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsinin 6-cı ildönümü və KKTC-nin qurulmasının 43-cü ildönümü münasibətilə təşkil edilən konsertdə türk klassik musiqisinin seçilmiş əsərlərindən ibarət xüsusi repertuar təqdim olunacaq.

“2005-ci ildə İngiltərədə yaşayan Kıbrıs türk qadınları tərəfindən qurulan xor, bu xüsusi axşamda Azərbaycan, Türkiyə və Kıbrıs türk icması arasındakı qardaşlıq bağlarını musiqinin birləşdirici gücü ilə eyni səhnədə bir araya gətirəcək”, – məlumatda qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.