Press "Enter" to skip to content

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının ilk iclası keçirilib

İclas zamanı

Rey Kərimoğlu NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, toplantını giriş sözü ilə açan komissiya üzvü Rey Kərimoğlu gündəlik barədə məlumat verib. O bildirib ki, ölkə jurnalistlərinin bu il oktyabrın 16-da keçirilmiş IX qurultayında NTK-nın 5 nəfərdən ibarət tərkibi seçildi. Şuranın Nizamnaməsinə əsasən hazırda qurumun sədri və katibi müəyyənləşdirilməlidir. Müzakirələrdən sonra Rey Kərimoğlu yenidən NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib.

İclasdan foto
İclasdan foto

Komissiya üzvləri IX qurultay iştirakçılarına onlara göstərilən etimada görə təşəkkürlərini bildiriblər. Onlar, həmçinin, Şuranın qarşıdakı 4 ildəki iş intensivliyinin yüksək olacağına əminliklərini vurğulayıb, NTK-nın bu intensivliyə adekvat fəaliyyət göstərməli olduğunu deyərək təkliflərini səsləndiriblər.

Qeyd edək ki, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının tərkibinə sədr R.Kərimoğlu və katib Nadir İsmayılov ilə yanaşı, “Vətən səsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elşən Əliyev, “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov və Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru Mübariz Göyüşlü daxildirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.