Press "Enter" to skip to content

43-cü ildönümlə bağlı özəl diqqət

KKTC

KKTC-nin yaranmasının ildönümünə həsr olunan xüsusi verilişlər TRT kanallarında yayımlanacaq

BAYRAQDAR MEDİA – Türkiyə Radio və Televiziya Qurumu (TRT) Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yaranmasının 43-cü ildönümü münasibətilə xüsusi proqramlar hazırlayıb. Kıbrıs türk xalqının tarixini, mədəniyyətini və var olmaq mübarizəsini əks etdirən sənədli filmlər, proqramlar və bədii ekran əsərləri sabah TRT-nin müxtəlif kanallarında tamaşaçılara təqdim olunacaq.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

TRT-dən verilən məlumata görə, xüsusi yayımlarda Kipr türk xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinin mühüm mərhələləri, KKTC-nin 15 noyabr 1983-cü ildə qurulmasına aparan proses və adanın tarixi-mədəni irsi işıqlandırılacaq.

Kıbrıs türk xalqının tarixindən bəhs edən “Kuzeydəki bayraq: Kıbrıs” sənədli filmi Kıbrıs Barış Hərəkatından əvvəl və sonra baş verən hadisələri əhatə edəcək. Film saat 12:00-da TRT Türk, 13:00-da TRT 1, 18:00-da isə TRT Belgesel kanalında yayımlanacaq.

KKTC-nin keçmiş Cümhurbaşqanı Ersin Tatarın da iştirakçıları arasında olduğu “Bir səhər qəfildən” sənədli filmi Kıbrıs türklərinin müstəqillik mübarizəsini və dövlətin yaranmasına aparan prosesi əks etdirəcək. Ekran əsəri saat 12:00-da TRT Belgesel kanalında nümayiş olunacaq.

Kıbrıs türklərinin varlıq mübarizəsinin iştirakçısı olmuş mücahidlərin hekayələrini arxiv görüntüləri və real şahid ifadələri əsasında təqdim edən “Kıbrıs mücahidləri” filmi isə saat 18:00-da TRT Avaz kanalında yayımlanacaq.

Bundan başqa, TRT 2 kanalında “Adada 500 il – Surici” proqramının birinci hissəsi saat 13:00-da, ikinci hissəsi isə saat 20:00-da tamaşaçılara təqdim ediləcək.

TRT Türk kanalında Hatice Tezcan Nevzatın aparıcılığı ilə yayımlanan “Kıbrıs lüğəti” proqramında Kipr türk ləhcəsinə xas sözlər, ifadələr və mədəniyyətə aid dil nümunələri saat 16:45-də təqdim olunacaq.

Həmin gün saat 23:30-da isə rejissor Dərviş Zaimin 1963-cü ildə Kiprdə baş verən hadisələri gənc Ruhsarın taleyi üzərindən təsvir edən “Kölgələr və surətlər” bədii filmi nümayiş etdiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.