Press "Enter" to skip to content

Nazirliyin Çağrı Mərkəzinə 2 mindən çox müraciət daxil olub

Bayraqdar.info – Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 2 min 158 müraciət daxil olub.

Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.

Müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Məlumatda deyilir ki, Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb. Araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür.

Stasionar telefonlardan zənglər və 195-2 Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Mission News Theme by Compete Themes.