Press "Enter" to skip to content

Təbrizdə siyasi məhbuslara azadlıq məzmunlu divar yazıları

Bayraqdar.info – Ayın 2-si gecəsi Təbrizin Şahgölü parkında və ətraf küçələrdə Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq tələbi ilə müxtəlif divar yazıları və şüarlar yazılıb.

Milli-mədəni fəallar əhalinin siyasi məhbus məsələsinə diqqətini cəlb etmək və aydınlatmaq üçün şəhər divarlarında “Azərbaycanın milli məhbuslarına azadlıq”, “Azərbaycan, oyan”, “Milli məhbuslara azadlıq” məzmunlu şüarlar yazıblar.

Bununla yanaşı İran hökumətinin ölkədə yaşayan başqa xalqlara qarşı ayrı-seçkilik siyasətini qınayan şüarlar da yazılıb.

Qeyd edək ki, son günlər İran prezidenti Həsən Ruhaninin fars dili ilə bağlı çıxışı və qeyr-fars dillərə qarşı irqçı münasibəti ölkədə yaşayan qeyri-farsların, xüsusilə də Azərbaycan türklərinin ciddi tənqidi ilə qarşılanıb.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.