Press "Enter" to skip to content

“Açıq mikrofon” Bərdə rayonunda

Bayraqdar.info – “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.

Vətəndaşların məmnunluğuna xidmət edən aksiyanın əhatə dairəsi günü-gündən genişlənir. “Səyyar qəbul otaqları”nın imkanlarından istifadə edən sakinlərin səsləndirdiyi fikirlər, problem və təkliflər Birlik rəhbərliyi tərəfindən dərhal dəyərləndirilir, müvafiq göstərişlər verilir.

“Azəriqaz”İB-dən sentyabrın 9-da bayraqdar.info-ya daxil olan məlumatda belə deyilir.

“Bunun nəticəsidir ki, avqust ayının 4-dən bu günə qədər aksiya keçirilən 10 ünvanın hər birində işlər başlanıb. Bu dəfə Bərdə rayonunun Güloğlular kəndindən gələn müraciətlər “Açıq mikrofon”un təşkilini zəruri edib.

“10 sentyabr saat 11:00-dan 13:00-a qədər “Səyyar qəbul otağı” sakinlərin ixtiyarında olacaq. Vətəndaşların tam sərbəst şəkildə öz problemlərini səsləndirməsi üçün bütün şərait yaradılacaq”, – deyə Birlik vətəndaşlara müraciət edib.

Mission News Theme by Compete Themes.