Press "Enter" to skip to content

MQF-nin X Qurultayı ilə əlaqədar yeni xəbər

Bayraqdar.info – Milli QHT Forumunun X Qurultayı ilə əlaqədar namizədliklərin irəli sürülməsi kampaniyasının müddəti uzadılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 9-da MQF-dən məlumat verilib.

Bildirilib ki, MQF İdarə Heyətinin qərarı ilə namizədliklərin irəli sürülməsinin müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

“MQF-nin X Qurultayı hesabat-seçki qurultayı olduğuna görə qurumun rəhbər orqanlarına (Prezident, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası) seçkilər keçiriləcək. MQF-nin Nizamnamə tələblərinə uyğun olaraq hər bir MQF üzvü olan QHT rəhbəri və nümayəndəsi MQF-nin rəhbər orqanlarına namizədliklərini irəli sürə bilər. MQF üzvü olan QHT rəhbərlərinin bu prosesdə aktiv iştirak etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib.

Vurğulanıb ki, namizədliyi irəli sürmək üçün tələblər aşağıdakı kimidir:

MQF üzvü olan QHT rəhbərləri və nümayəndələri namizədliyini irəli sürə bilər;
Namizədliyini irəli sürən şəxsin rəhbərlik etdiyi QHT-nin İdarə Heyətinin qərarı olmalıdır.

Namizədliyin irəli sürülməsi üçün lazım olan sənədlərin (ərizə, anket və tərcümeyi-hal) qəbulu üçün son tarix  30 sentyabr 2021-ci ildir. Müraciət üçün sənədlər azngoforum@gmail.com e-poçt ünvanına göndərilməlidir.

O da qeyd edilib ki, MQF-nin Nizamnamə tələblərinə cavab verməyən QHT nümayəndəsinin namizədliyi qəbul edilməyəcək.

Mission News Theme by Compete Themes.