Press "Enter" to skip to content

Prezident və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarında

Prezident Ilham Əliyev

Son yeniləmə: 12 Dekabr 2021 18:55

Bayraqdar.info – Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

Dekabrın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

“Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.