Press "Enter" to skip to content

Prezidentdən anım günü paylaşımı

Ulu Öndər Heydər Əliyev

Son yeniləmə: 12 Dekabr 2021 19:56

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rəsmi Tvitter səhifəsində paylaşım edib.

Paylaşımda ulu öndərin aşağıdakı sözləri yer alıb: “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”.

Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il ötür.

Mission News Theme by Compete Themes.