Press "Enter" to skip to content

“Bremen musiqiçiləri” səhnəyə çıxacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Son yeniləmə: 4 Oktyabr 2022 13:43

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün oktyabrın 16-da təqdim olunacaq.

Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

Məlumata əsasən, “Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.

Mission News Theme by Compete Themes.