Press "Enter" to skip to content

Ağalı sakinləri üçün bayram tədbiri

Son yeniləmə: 6 Yanvar 2023 13:28

BAYRAQDAR MEDİA – Zəngilan rayonunun Ağalı kəndində Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kütləvi tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bayram tədbirində Şaxta baba, Qar qızla yanaşı Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri, eləcə də teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı vokalçıları da iştirak ediblər: “Teatrın repertuarındakı bir neçə tamaşadan səhnəciklər nümayiş etdirən kuklaçıların çıxışları maraqla qarşılanıb. Vokalçıların vətənpərvərlik və bayram ovqatlı nəğmələri tədbirə xüsusi rəng qatıb”.

Qeyd edilib ki, bayram şənliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilib.

Mission News Theme by Compete Themes.