Press "Enter" to skip to content

MEK-də e-məlumat sahəsində işlər davam etdirilir

İş prosesi

BAYRAQDAR MEDİA – Müasir dövrün tələbinə uyğun olaraq, AMEA Mərkəzi Elmi Kitabxanasında məlumatların elektronlaşması sahəsində işlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 4-də MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “Kitabxananın Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi də bu sahədə öz işini müvafiq istiqamətdə uğurla görən şöbələrdən biridir. Son üç ayda şöbənin əməkdaşları tərəfindən MEK-in İRBİS proqramına (e-kataloquna) 599 məqalə, 9 min 195 kitab daxil edilib. Bundan əlavə, 200-dən artıq yeni kartoçka çap edilərək kataloq yeşiklərinə yerləşdirilib, minə yaxın kitab e-kataloqda redaktə edilib, 253 ədəbiyyat isə Milli Rəqəmsal Yaddaş bazasına aid edilib”.

Məlumat üçün bildirək ki, sözügedən şöbə Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, ölkə və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur. Şöbə, həmçinin geniş oxucu kütləsinin Azərbaycana aid informasiya resursları ilə təmin edilməsi üçün həm ənənəvi, həm də e-kataloqu bu mövzuda materiallarla zənginləşdirir.

Mission News Theme by Compete Themes.