Press "Enter" to skip to content

Quzey Makedoniyada seçki hökuməti

Tələt Caferi Baş nazir oldu

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada gələn il keçirilməli olan prezident və parlament seçkiləri ilə bağlı müəyyən gərginliyin olması barədə məlumat vermişdik.

Prezident və parlament seçkiləri eyni tarixdə keçirilməlidir

Lakin artıq bu gərginlik arxada qalıb. Məlumata əsasən, dekabrın 4-də ölkə parlamentində keçirilən liderlər sammitində 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin tarixləri ilə bağlı razılıq əldə olunub.

Məlumata əsasən, Baş nazir Dimitar Kovaçevskinin liderlər zirvəsindən sonra açıqlama verərək deyib ki, prezident seçkilərinin birinci turu 2024-cü il aprelin 24-də, prezident seçkilərinin ikinci turu isə parlament seçkiləri ilə eyni gündə 8 may 2024-cü il tarixdə keçiriləcək.

Öz növbəsində Yeni Balkan xəbər verir ki, tərəflər arasında Pırjino razılaşmasına əsasən, parlament seçkilərinə 100 gün qalmış müvəqqəti hökumət qurulmalıdır: “Seçki tarixlərinin müəyyən edilməsi ilə parlament sədri vəzifəsini icra edən Tələt Caferi Pırjino razılaşması çərçivəsində qurulmalı olan müvəqqəti hökumətin baş nazirliyinə namizəd göstərilib. T.Caferinin parlamentdəki vəzifəsi isə Makedoniya Sosial Demokratlar İttifaqının (SDSM) İdarə Heyətinin qərarına əsasən SDSM Parlament Qrupunun koordinatoru Yovan Mitrevskiyə həvalə edilib.

Mission News Theme by Compete Themes.