Press "Enter" to skip to content

Məqsədə nail olmaq üçün 11 məsləhət

Bizcə faydalıdır

BAYRAQDAR MEDİA – aşağıda 11 maddə ilə təqdim edilən məsləhətlər bizə aid deyil. Heç kimə aid olduğunu da bilmirik. Sadəcə ağlabatan və faydalı sandığımız üçün düşündük ki, dəyərli oxucularımız ilə paylaşaq.

Beləliklə, məqsədə nail olmaq üçün 11 məsləhət:

1. Yazılı düşünün. Kağız üzərinə köçürülməmiş məqsəd mövcud ola bilməz;

2. Məqsədi Nə? Harada? Nə vaxt? və Necə? Suallarına cavab olaraq müəyyən edin;

3. Məqsədin müddətini dəqiq müəyyən edin: müddəti bəlli olmayan məqsəd sadəcə bir arzudur;

4. Məqsədinizin sizdən başqa daha kimə faydalı olacağını düşünün;

5. Məqsədi mütləq şəkildə indiki zamana uyğun formalaşdırın;

6. Məqsədi alt məqsədlərə bölün, ona nail olmağın ayrıntılı ssenarisini hazırlayın;

7. Məqsədə gedən yolda görəcəyiniz işlərlə bağlı məsuliyyəti öz üzərinizə götürün;

8. Məqsədə nail olmağın ara nəticələrini müəyyən edin;

9. Məqsədin gerçəkləşdirilməsi vasitələri deyil, onun özü haqqında düşünün. Son təyinat nöqtəsini müəyyən edin və ona doğru gedin;

10. Məqsədə nail olduğunuz gələcəyin obrazını qurun və onu pərçimləyin;

11. Özünüzü elə aparın ki, sanki uğur sizin üçün təmin edilib.

Düşünürük ki, bu 11 məsləhətə əməl etməklə fərd, yaxud da fərdlər qrupunun öz məqsədinə çatmaması mümkün deyil. Siz necə düşünürsünüz? Bizcə, sınamağa dəyər.

Mission News Theme by Compete Themes.