Press "Enter" to skip to content

Bu dörd metod sizi həyata bağlayacaq

Bizcə faydalıdır

BAYRAQDAR MEDİA – “Faydalı” rubrikamızda yenə də maraqlı fikirlər var. Bu dəfə həyata müsbət münasibətin dörd sadə metodunu təqdim edirik.

Müəllifi kimdir? Haradan bilək? Min illərdir işə yarayan metodlardır, hamı üçün də faydalıdır. İcad edən hər kim olubsa, sağ olsun.

Beləliklə, həyatımızı müsbətə kökləyəcək dörd metod:

1. Oturuş-duruşunuza diqqət edin. Şux oturun, gülümsəyin, məğrur yeriyin, dərindən nəfəs alın. Bunu 60 saniyə ərzində təkrarlamağa çalışın. Nəticəni dərhal hiss edəcəksiniz. Ciddi deyirik, elə indi başlayın!

2. Hər gün gülümsəyin. Təbəssüm beyinə bizim xoşbəxt olmağımız haqqında siqnal göndərir. Biz də xoşbəxt olanda orqanizmimiz əhvalımızı yüksəldəcək endorfin istehsalına başlayır.

3. Emosiyalarınızı nəzarətdə saxlayın. Mənfi emosiyalar sizin düşüncələrinizin mənfi olmasından xəbər verir. Sizin həyata münasibətiniz şəxsinizin mənimsəmə bucağından asılıdır.

4. Səhhətinizi sahmana salın. Davamlı şəkildə faydalı qida qəbul edin. İstirahətə vaxt ayırın. Əgər siz tükəndiyinizi düşünür və əldən düşmüş durumda olduğunuzu sanırsınızsa, pozitiv olmaq çətindir.

Mission News Theme by Compete Themes.