Press "Enter" to skip to content

11 ayda 26 milyon tondan çox neft hasil edilib

Neft buruqları

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-noyabrayları üzrə operativ məlumatlara əsasən, respublikada 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “hasilatın15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib. 11 ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3milyontonuisə SOCAR-ın payına düşüb”.

Məlumata əsasən, neftin emalı 2024-cü ilin yanvar – noyabr aylarında 5,5 milyon ton təşkil edib: “Qeyd edək ki, cari ilin noyabr ayında respublika üzrə orta gündəlik neft hasilatı 80771 ton təşkil edib. Bunun 65 min 885 tonu (486 min barel) xam neftin, 14 min 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb”.

Mission News Theme by Compete Themes.