Press "Enter" to skip to content

Bestsellerlər müəllifi məktəblilərlə görüşəcək

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü dekabrın 13-də paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib kİ, İdarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı bestseller əsərlərin müəllifi, yazıçı-publisist Rövşən Abdullaoğlu olacaq: “Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Mission News Theme by Compete Themes.