BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Muxtar Aşurov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-nə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb”.





